lider-media.az

Siyasi partiyalar prezident seçkilərinə böyük maraq göstərməklə şəffaflığın təmin olunmasında da yaxından iştirak edirlər

Baxış: 191 Tarix: 25-01-2024, 15:51


Siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində fəal iştirak edirlər.

AZƏRTAC “Seçki-2024” Müstəqil Media Mərkəzinin məlumatına istinadla bildirir ki, Mərkəzi Seçki Komissiyası seçkilərə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.

Əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif statuslarla da seçkilərə qatıldığını aydın görmək mümkündür. Seçkilərə öz namizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da prezident seçkilərinə ciddi maraq göstərir, kifayət qədər böyük sayda müşahidəçi və məşvərətçi səs hüquqlu komissiya üzvü ilə seçkilərdə şəffaflığın təmin olunmasında yaxından iştirak edirlər. Belə ki, indiyədək 19 siyasi partiyanın ümumilikdə 30 minə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə seçkiləri müşahidə hüququ qazanıb. Bu proses hazırda da intensiv şəkildə davam edir.

Qeyd etmək lazımdır ki, siyasi partiyalar ölkədə keçirilən seçkilərdə xüsusi yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli, geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın göstərir ki, siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə ki, bunda siyasi partiyaların inkişafı, möhkəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün respublikada yaradılmış əlverişli mühit önəmli rol oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi