Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ayaz Mirzəyevin sədri olduğu “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən çəkilmiş “Bir ovuc dünya” ( A Handful of World) sənədli filminin xüsusi nümayişi olub. Noyabrın 16-da keçirilmiş nümayiş COP31-dəki Azərbaycan pavilyonunda gerçəkləşib.
Bununla bağlı toplantıda çıxış edən A.Mirzəyev bildirib ki, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidə dair film işğal illərində yaşananların sənədli vizual yaddaşıdır. Ekran əsərindəki hər bir kadr müəyyən ərazinin, təbiət mənzərəsinin və baş vermiş hadisənin gələcəkdə elmi araşdırmalar və ekoloji qiymətləndirmələr üçün də əhəmiyyətli mənbə kimi nəzərdən keçirilməsinə imkan verir. Başlıca məqsəd ekoloji dağıntıların miqyasını, nəticələrini və gələcək nəsillər üçün daşıdığı önəmi diqqətə çatdırmaqla yanaşı, beynəlxalq auditoriyanı da bu barədə məlumatlandırmaqdır. Belə məlumatlandırma isə təbiətə vurulan zərərin yalnız indinin deyil, gələcəyin də problemi olduğunu vurğulamaq baxımından zəruridir. A.Mirzəyev həmçinin filmin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlığını bildirib.
Qeyd edək ki, nümayişə “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, BMT-nin COP29 üzrə yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarai, COP31-ə qatılan ekologiya sahəsi üzrə beynəlxalq mütəxəssislər, alimlər, ekspertlər, vətəndaş cəmiyyətlərinin nümayəndələri qatılıb, mövzu ətrafında müzakirələr aparıblar.
Onu da bildiririk ki, “Bir ovuc dünya” sənədli filminin ilk nümayişi 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində reallaşıb.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib
Soltanlı kəndinin sakinləri doğma yurdlarında yeni həyata başlayırlar
Köç karvanı Zəngilanın Cahangirbəyli kəndinə çatıb
Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi
DSMF Dünya Pensiya Sammitində iki beynəlxalq mükafata layiq görülüb
Media və Yayım Şurası: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib
Mərhum bəstəkarın xanımından Prezidentə təşəkkür
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib
Müdafiə Nazirliyinin hərbi tibb heyəti Polşaya rəsmi səfər edib
Noyabrın 18-də gözlənilən hava şəraiti

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı