Soltanlı kəndinin sakinləri doğma yurdlarında yeni həyata başlayırlar

Noyabrın 17-də doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Soltanlı kəndinə çatıb.Bu mərhələdə Cəbrayılın Soltanlı kəndinə köçən 74 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib.Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.





