lider-media.az

Müdafiə Nazirliyinin hərbi tibb heyəti Polşaya rəsmi səfər edib

Baxış: 1166 Tarix: Сегодня, 12:45

Azərbaycan ilə Polşa Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin nümayəndə heyəti Polşada rəsmi səfərdə olub. 

Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Tibb Xidməti Departamentində keçirilən görüşdə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təhsil proqramları, elmi-tədqiqat layihələri və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.Səfər çərçivəsində nümayəndə heyəti Varşava Hərbi Tibb İnstitutunda, Lodz Hərbi Tibb Akademiyasında və Hərbi Aviasiya Təbabəti İnstitutunda olub. Görüşlər zamanı hərbi tibb kadrlarının hazırlanması, müasir tibbi infrastruktur, ixtisasartırma proqramları və aviasiya təbabəti sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər iki ölkənin hərbi tibb sahəsində əməkdaşlığının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi