lider-media.az

Media və Yayım Şurası: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib

Baxış: 1127 Tarix: Сегодня, 14:50

Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib. Qeyd edilib ki, mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir:

"Dini etiqad azadlığı haqqında" qanunun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.

Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır.

"Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırır", – deyə açıqlamada bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi