Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Niderlandda keçirilən Dünya Pensiya Sammitinin “Mükəmməllik və İnnovasiya Mükafatları 2026” müsabiqəsində iki kateqoriya üzrə uğur qazanıb.
“Pensions & Investments” beynəlxalq qurumunun (ABŞ) təşkil etdiyi müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Portuqaliya, Slovakiya, İsveç, Nigeriya, Niderland, Yunanıstan, Kanada, Malayziya, Litva, Nepal və Ermənistan da daxil olmaqla, ümumilikdə 25 ölkənin müvafiq dövlət qurumları iştirak edib.
Təqdim olunan layihələr beynəlxalq pensiya sistemləri sahəsində aparıcı ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
DSMF-nin “Sərbəst vəsaitlərdən strateji kapitala: müasir investisiya modeli” layihəsi "İnvestisiyalar" kateqoriyası üzrə, “Universal və inklüziv sosial təminat: daha yüksək rifaha doğru” layihəsi isə “Pensiya sisteminin dizaynı və islahatlar” kateqoriyası üzrə yüksək qiymətləndirilib və beynəlxalq mükafat və sertifikatlarla təltif olunub.
Hər iki kateqoriya üzrə qazanılan mükafat və sertifikatlar sammit çərçivəsində təşkil olunan təltifetmə mərasimində DSMF-nin nümayəndəsinə təqdim edilib.
Bununla da DSMF-nin 2021–2026-cı illər ərzində qazandığı beynəlxalq mükafat və sertifikatların ümumi sayı 86-ya çatıb.


Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizə səfər edib
Soltanlı kəndinin sakinləri doğma yurdlarında yeni həyata başlayırlar
Köç karvanı Zəngilanın Cahangirbəyli kəndinə çatıb
Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi
Media və Yayım Şurası: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib
Mərhum bəstəkarın xanımından Prezidentə təşəkkür
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib
Müdafiə Nazirliyinin hərbi tibb heyəti Polşaya rəsmi səfər edib
Noyabrın 18-də gözlənilən hava şəraiti
Yanvar-oktyabr aylarında 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı