Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.Dünyanın müxtəlif ölkələrinin prokurorluq orqanlarının rəhbər şəxslərinin və Assosiasiyanın nümayəndələrinin iştirak etdiyi iclasda təşkilatın fəaliyyəti, rəhbər orqanlarının formalaşdırılması, dünya prokurorlarının beynəlxalq sferada əməkdaşlığının inkişaf istiqamətləri və qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə olunub.
BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin edilməsi ilə əlaqədar iclas çərçivəsində keçirilmiş səsvermə ilə həmin vəzifəninin icrası yeni prezident seçilənədək müvəqqəti BPA-nın İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib.
İclasın gündəliyinə Assosiasiyanın İcraiyyə Komitəsinin tərkibi, təşkilatın rəhbər vəzifələrində nəzərdə tutulan dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə və təşkilati işlər, habelə beynəlxalq və regional tədbirlərin təşkili ilə bağlı məsələlər daxil edilib.
Həmçinin, tədbirdə təşkilatın rəhbər vəzifələrinə təklif edilən yeni namizədlər nəzərdən keçirilib. Müvafiq olaraq Avstriya Respublikasının və Şotlandiyanın prokurorluq sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış İnqrid Maşl-Klauzen Assosiasiyanın baş katibi, Endryu Riçardson isə baş müşaviri vəzifəsinə namizəd kimi irəli sürülüb.
Qeyd edək ki, həmin namizədlər Assosiasiyanın noyabrın 16-da hibrid formatda keçirilmiş Ümumi Yığıncağında sözügedən vəzifələrə təsdiq ediliblər. Bundan başqa, yığıncaqda digər məsələlərlə yanaşı, Assosiasiyanın fəaliyyəti barədə hesabatla çıxış edən qurumun Baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyun ayında Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda keçirilmiş təlimi yüksək qiymətləndirərək, bu təşəbbüsü beynəlxalq prokuror ictimaiyyəti üçün qabaqcıl təcrübə və gələcəkdə analoji tədbirlərin təşkili baxımından uğurlu nümunə kimi qeyd edib.
İcraiyyə Komitəsinin 62-ci iclasında, həmçinin Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Təşkilatın üzvləri arasında təcrübə mübadiləsi, prokurorların peşə hazırlığı, BPA-nın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti, təlim proqramlarının inkişafı və qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı məsələlər müzakirə olunub.
BPA-nın vitse-prezidenti qismində tədbirdə iştirak edən Baş prokuror Kamran Əliyev Assosiasiyanın fəaliyyətində Azərbaycanın fəal iştirak etdiyini, ölkəmizin Assosiyasıyanın inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uzlaşdırılması, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və cinayətkarlığın ənənəvi və yeni təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Bu xüsusda, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə təşkil olunması, habelə Azərbaycanın Assosiasiyanın rəhbər orqanlarında təmsilçiliyi ölkəmizin dünya prokurorlarının bu unikal və effektiv platforması ilə səmərəli əməkdaşlığının göstəricisi kimi qeyd edilib.
İclas zamanı prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığının daha da gücləndirilməsi, transmilli cinayətkarlıqla mübarizədə müasir çağırışlar və peşəkar əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, habelə ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən ayrı-ayrı xarici həmkarları ilə səmərəli görüşlər keçirilib.
Həmçinin, Baş prokuror ölkəmizin Argentina Respublikasındakı səfirliyini ziyarət edərək əməkdaşlarla görüşüb, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində məlumat verildiyi kimi Baş prokuror Kamran Əliyevin Argentina Respublikasının federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres Muxtar Şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşləri keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Milli Məclisin iclasında
Yanvar-oktyabr aylarında 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında
Milli dirçəlişin işığında doğan azadlıq və suverenlik
Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov vətəndaş qəbulu keçirəcək
İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq
17 NOYABR — MİLLİ DİRÇƏLİŞ GÜNÜ
2026-cı ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
Cahangirbəyli sakinləri doğma yurda qayıdış sevincini yaşayırlar
Xocavənd sakinlərinin doğma yurda qayıdış sevinci davam edir
Cəbrayıla Böyük Qayıdış davam edir: daha 17 ailə doğma yurdda
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşüb
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı
Prezident İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı