Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin Argentina Respublikasına işgüzar səfəri çərçivəsində noyabrın 14-də ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüş keçirilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.Görüşdə Azərbaycan ilə Argentina arasında digər sahələrdə olduğu kimi cinayətkarlığa qarşı mübarizə sahəsində ikitərəfli münasibətlərin daha da inkişafı, hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran bu kimi ayrı-ayrı məsələlər müzakirə olunub.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurduğu əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi siyasəti Latın Amerikası regionu ölkələri ilə hüquqi və institusional əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar yaradır. Baş prokuror Xuan Bautista Mahikesin əvvəllər Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti kimi fəaliyyətini, eləcə də Azərbaycan Prokurorluğu ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini məmnunluqla xatırladıb.
Bu xüsusda, Xuan Bautista Mahikesin Beynəlxalq Prokurorlar Assosiasiyasına rəhbərlik etdiyi dövrdə təşkilatla Azərbaycan Prokurorluğu arasında əlaqələrin intensiv inkişafı, xüsusilə 2024-cü ildə Bakıda Assosiasiyanın 29-cu illik konfransının keçirilməsi ilə bağlı müsbət əməkdaşlıq nümunələri xüsusi vurğulanıb.
Görüşdə cinayət mühakimə icraatı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı hüquqi yardım mexanizmlərinin inkişafı, cinayətkarlığa qarşı mübarizədə səlahiyyətli qurumlar arasında əlaqələndirmə, eləcə də hüquqi əməkdaşlıq sahəsində müsbət təcrübə mübadiləsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd edilən sahələrdə institusional əlaqələrin genişləndirilməsinin, habelə birbaşa və cinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə Azərbaycan Respublikasının Argentina Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.





Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb