İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Lider-media.az xəbər verir ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, ziyalılar, alimlər, sənət və iş adamları və çoxsaylı qonaqlar iştirak ediblər.
Proqram Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən İSTAD-ın sədri, TADEF-in mətbuat katibi Səfər Karakoyunlu Şanlı Zəfərin Azərbaycanla yanaşı, bütün Türk dünyası üçün mühüm tarixi hadisə olduğunu bildirib. O, 30 il ərzində Azərbaycanın haqq səsinin müxtəlif platformalarda müdafiə edildiyini qeyd edərək, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının əhəmiyyətindən danışıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızda böyük qürur hissi yaratdığını vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.
Tədbirin xüsusi qonağı, şəhid Tapdıq Babaşovun anası, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədr müavini Kifayət Türksoy çıxışında şəhid ailələrinin keçirdiyi hisslərdən, Vətənə bağlılıqdan və Qarabağ Zəfərinin Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətindən bəhs edib. Şəhid anasının çıxışı iştirakçılara duyğulu anlar yaşadıb.
Dirijor Tekin Büyükkayanın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Qardaşlıq Xorunun ifasında hər iki ölkənin milli və mədəni dəyərlərini əks etdirən musiqi nümunələri təqdim olunub.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, Azərbaycan-Türkiyə qardaşlığı və türk dünyasında həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan şüarlarla başa çatıb.




ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb