lider-media.az

COP31 çərçivəsində Antalyada  dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək

Baxış: 854 Tarix: Сегодня, 12:08




BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçirilir. 

COP31 çərçivəsində Antalyada iqlim və ətraf mühit mövzusuna həsr olunmuş dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək. 

“Hələ də mümkündür / Still Possible” şüarı ilə keçiriləcək COPArt proqramı 249 rəssam və yaradıcı kollektivi, 1 000-dən çox sənət əsərini 65 000 kvadratmetrlik sərgi məkanında bir araya gətirəcək.

Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin təşəbbüsü ilə COP31 çərçivəsində həyata keçirilən COPArt iqlim, ətraf mühit və dayanıqlı inkişaf mövzularına həsr olunmuş dünyanın ən böyük müasir incəsənət proqramı kimi noyabrın 9-dan 20-dək Antalyada ziyarətçilərə təqdim olunacaq.

COPArt iqlim böhranı ilə bağlı elmi biliklərlə kollektiv fəaliyyət arasında körpü yaratmaq ideyasından irəli gəlir. Alimlər artan temperaturu, buzlaqların əriməsini, meşələrin məhvini və biomüxtəlifliyin azalmasını sənədləşdirir, beynəlxalq diplomatiya isə həll yollarını müzakirə edir. 

COPArt bu prosesə incəsənətin imkanlarını əlavə edərək elmi faktlarla insanlarda emosional və ictimai məsuliyyət hissi arasında əlaqə yaratmağı hədəfləyir.

Proqramın “Hələ də mümkündür” şüarı həm indiyədək yaşanan itkilərə, həm də gələcəyi dəyişmək imkanına diqqət çəkir. İncəsənət vasitəsilə insanları nəyi qoruya, dəyişə və yenidən qura biləcəyimiz barədə düşünməyə dəvət edir.;>

COPArt rəqəmlərlə

• 65 000 m² ümumi sərgi sahəsi, o cümlədən 8 100 m² qapalı məkan;

• COP31-in 1,2 milyon m²-lik ərazisini əhatə edən proqram;

• 249 rəssam və yaradıcı kollektiv (161 Türkiyədən, 88 beynəlxalq);

• 1 000-dən çox sənət əsəri;

• Mavi və Yaşıl zonalarda 57 açıq hava instalyasiyası;

• “Altı usta, altı iz” layihəsi çərçivəsində 6 fərdi sərgi;

• 59 ArtTalks paneli.

Proqram rəngkarlıq, heykəltəraşlıq, barelyef, instalyasiya, fotoqrafiya, video, rəqəmsal və yeni media sənəti, xəttatlıq və qrafika kimi müxtəlif istiqamətləri əhatə edir.

ArtTalks: incəsənət, elm və diplomatiya bir arada

COPArt çərçivəsində COPArt Hub-da 50, Türkiyə Pavilyonunda isə 9 olmaqla, ümumilikdə 59 panel müzakirəsi keçiriləcək. 

ArtTalks platforması rəssamları, alimləri, ətraf mühit üzrə mütəxəssisləri və beynəlxalq iştirakçıları iqlim və dayanıqlı gələcək mövzularında fikir mübadiləsinə cəlb edəcək.

Türk incəsənətinin ustalarına ehtiram: “Altı usta, altı iz”

Proqramın diqqətçəkən bölmələrindən biri türk müasir incəsənətinin altı görkəmli nümayəndəsinə həsr olunmuş fərdi sərgilərdir:

• Ömər Uluç – C bloku / İqlim maliyyələşməsi;

• Devrim Erbil – E bloku / Elm və texnologiya;

• Mehmet Güleryüz – H bloku / Yaşıl sənayeləşmə;

• Bedri Rahmi Eyüboğlu – H bloku / Enerji və nəqliyyat;

• Burhan Doğançay – G2 bloku / Dayanıqlı şəhərlər;

• Fahrelnissa Zeid – D bloku / Biznes Forumu.;>
Osmanlı dövrünün xəttatlarından Osman Hamdi bəyədək, İbrahim Çallı, Abidin Dino və Ara Gülerdən müasir sənət nümayəndələri Seçkin Pirim, Elif Uras və Fatih Yalına qədər 161 türk rəssamı müxtəlif dövrləri əhatə edən zəngin sənət irsini iqlim gündəmi ilə birləşdirəcək.

Beynəlxalq seçim: itkidən yenilənməyə
Beynəlxalq ekspozisiyanın mərkəzində almaniyalı sənətçi Anselm Kieferin başlanğıc, dağıntı və yenidən doğuluş mövzularını əks etdirən monumental ;>“Am Anfang” (“Başlanğıcda”) əsəri yer alacaq.

Seçkidə Tony Cragg, Eva Jospin, Heinz Mack, Cecilia Vicuña, Maurizio Cattelan, Julian Opie, Douglas Gordon, Bernar Venet və Koen Vanmechelen kimi dünya şöhrətli sənətçilərin əsərləri nümayiş olunacaq.
Ekspozisiyanın diqqətçəkən əsərləri arasında:

• Zaria Forman – “Ode to an Iceberg”: Antarktidadakı Balina körfəzində əriyən aysberq ətrafında 360 dərəcəlik vizual səyahət;

• Carolina Caycedo – “Elwha's Healing”: İki bəndin sökülməsindən sonra təbii axarına qovuşan və qızılbalıqların geri döndüyü Elva çayının hekayəsi;

• Luke Jerram və Pneuhaus – “Pollenarium”: Ziyarətçiləri nəhəng tozcuq formasının daxilinə dəvət edərək tozlandırıcıların dünyasını kəşf etməyə imkan verən interaktiv instalyasiya;

• Clarissa Tossin – “Death by Heat Wave”: Həddindən artıq istilər və quraqlıq nəticəsində məhv olmuş ağacın izlərini sənət vasitəsilə görünən edən əsər;

• Moffat Takadiwa – “Fixable Mistake”: İstehlak vərdişlərini və yenidən istifadə imkanlarını sorğulayan, plastik tullantı qapaqlarından hazırlanmış monumental kompozisiya;

• Alejandro Durán – “Vena” və “Mar”: Sahillərə atılan plastik tullantılar vasitəsilə istehlak vərdişlərinin uzaq ekosistemlərə təsirini nümayiş etdirən əsərlər COPArt incəsənətin dili ilə iqlim böhranına diqqət çəkməklə yanaşı, insanları ortaq məsuliyyət, qoruma və yenilənmə imkanları ətrafında düşünməyə çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi