Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının fəaliyyətinin 3 ili tamam olur.2023-cü il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan filialda ötən müddət ərzində həssas əhali qruplarından olan 150 vətəndaşa xidmət göstərilib.Onların sosial adaptasiyası, yaradıcılıq bacarıqlarının inkişafı və cəmiyyətə fəal inteqrasiyası istiqamətində 80-dən çox müxtəlif tədbir və layihə, o cümlədən yaradıcılıq yarmarkaları, səyyar xidmətlər reallaşdırılıb.Hazırda filialda həssas qruplardan olan 109 nəfər müxtəlif istiqamətlər üzrə yaradıcılıq təlimlərinə cəlb edilib, sosial-psixoloji dəstək xidmətləri təmin olunub.Mərkəzdə dulusçuluq, bədii oyma, təsviri incəsənət, toxuma və tikmə, dərzilik kimi ənənəvi sahələrlə yanaşı, İsmayıllı bölgəsinin zəngin sənətkarlıq irsini yaşadan misgərlik sənəti üzrə də təlimlər keçirilir. Filialda hazırlanan 50-dən artıq əl işinin Mərkəzin “dostart.az” elektron portalı üzərindən satışı həyata keçirilərək, həssas kateqoriyalara aid müəlliflərin sosial rifahının yaxşılaşdırılmasına dəstək göstərilib.





Mərkəzdə təlimləri uğurla başa vuran 2 benefisiar hazırda filialda təlimçi kimi çalışır, bacarıqlarını həssas qruplardan olan digər istedadlı şəxslərlə bölüşür. Muğanlı–İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşən filialın binası müasir infrastrukturu ilə bölgənin memarlıq və landşaftına xüsusi estetik gözəllik qatır.İsmayıllı “DOST Evi” regionda inklüziv mühitin və həssas kateqoriyalardan olan sənətkarların məşğulluq imkanlarının genişləndirilməsi, yerli sənətkarlıq ənənələrinin qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

ÖZBƏK ƏDƏBİYYATI: CƏNNƏT QAPISI (hekayə)
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb