lider-media.az

Kənd təsərrüfatı məhsulu istehsalı

Baxış: 147 Tarix: Сегодня, 11:47

2026-cı ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb.2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə faktiki qiymətlərlə 13 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz çoxalıb. Məhsulun 50,2 faizi bitkiçiliyin, 49,8 faizi heyvandarlığın payına düşür.

Real artım. Yanvar-sentyabr dövründəki 1,1 faizlik göstərici sentyabr ayının sonuna 1,4 faizə yüksəlib. Bitkiçilik sahəsində artım tempi 0,5 faizdən 1,2 faizə çatıb, heyvandarlıq sahəsində isə 1,9 faizdən 1,6 faizə enib. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi