Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Qaraçuxur İdman Zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb. İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, ərazidə ikimərtəbəli idman zalı binası, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib.
Açıq hava idman meydançası ətraf ərazidə yaşayan sakinlərin, o cümlədən uşaqların və gənclərin bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları üçün müvafiq avadanlıqlarla təchiz edilib. İkimərtəbəli idman zalının birinci mərtəbəsində 30x18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.
İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, həmçinin trenajor zalı fəaliyyət göstərəcək. Zalda paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati otaqlar yaradılıb. Binanın birinci mərtəbəsində kafenin də fəaliyyəti nəzərdə tutulub.




















Həmkarlar ittifaqı üzvləri üçün tibbi müayinə təşkil edilib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşüb
Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı
Prezident İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı