lider-media.az

Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”

Baxış: 136 Tarix: Сегодня, 13:27

her-bir-qadin-oz-gucune-inansin

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 ilə bağlı təəssüratlarını “Hürriyet”lə bölüşüb.

Leyla Əliyeva COP31-in gedişatından son dərəcə məmnun qaldığını bildirib.

“Təşkilatçılıq həqiqətən möhtəşəmdir. Hər kəsin böyük həvəs və ürəklə çalışdığını görürəm. Məncə, ən vacib məqam da məhz budur. Hər şey sevgi və xüsusi diqqətlə həyata keçirilir. Düşünürəm ki, hər kəs özünü bu prosesin bir hissəsi hesab edir. Çünki təbiəti qorumaq istəyiriksə, hamımızın təbiətin bir parçası olduğumuzu anlamalıyıq. Həmçinin hər kəsin böyük dəyişiklik yarada biləcəyini dərk etməsi çox vacibdir”, - L.Əliyeva vurğulayıb.

O həmçinin Antalyada açılan Sıfır Tullantı Muzeyini də ziyarət edib.

“Sıfır Tullantı Muzeyini ziyarət etdik və həqiqətən çox təsirləndik. Ümid edirəm ki, bu layihə çərçivəsində Azərbaycanla daha sıx əməkdaşlıq ediləcək. Görülən işlər möhtəşəm və həqiqətən heyrətamizdir. Türkiyənin həm ölkə daxilində, həm də dünyanın müxtəlif bölgələrində, o cümlədən Afrikada həyata keçirdiyi fəaliyyətlərə görə minnətdaram”, - o qeyd edib.

Leyla Əliyeva qadınlara da müraciət edərək onları öz güclərinə inanmağa çağırıb: “Qadınlar dünyamıza sevgi və gözəllik qatır. Arzu edirəm ki, hər bir qadın öz gücünə inansın. Qəlbindəki işığı heç bir şey söndürməsin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi