Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu strateji məkan – Azərbaycan beynəlxalq yükdaşımaların və iqtisadi əlaqələrin mühüm tranzit mərkəzinə çevrilir
Müasir dünyada iqtisadi güc yalnız istehsal imkanları, təbii sərvətlər və maliyyə resursları ilə ölçülmür. Ölkələrin beynəlxalq nəqliyyat əlaqələrində tutduğu mövqe, yükdaşımaların təhlükəsiz və fasiləsiz təşkili, alternativ marşrutların yaradılması da iqtisadi inkişafın mühüm göstəricilərindəndir. Qlobal ticarət yollarının yenidən formalaşdığı, regionlararası əlaqələrin strateji əhəmiyyət qazandığı bir dövrdə Azərbaycan öz coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirmək istiqamətində mühüm addımlar atır.
Xəzər dənizinin qərb sahilində yerləşən ölkəmiz tarixən Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm əlaqələndirici məkan olub. Bu gün isə həmin tarixi üstünlük müasir nəqliyyat infrastrukturu, beynəlxalq əməkdaşlıq və yeni logistika imkanları ilə daha geniş məzmun kəsb edir. Azərbaycanın iştirakı ilə inkişaf etdirilən nəqliyyat dəhlizləri ölkəmizin regional və beynəlxalq iqtisadi sistemdə rolunu gücləndirir.
Bu gün Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan açıqlamalar da bu istiqamətdə əldə olunan nəticələri aydın göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 12 milyon 81,7 min ton, dəniz yolu ilə 5 milyon 370,1 min ton, avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.
Dəhlizlər üzrə göstəricilər xüsusilə diqqətəlayiqdir. Hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi ilə 14 milyon 741,3 min ton, Şimal-Cənub dəhlizi ilə 6 milyon 867,2 min ton, Şimal-Qərb dəhlizi ilə 3 milyon 886,9 min ton, Cənub-Qərb dəhlizi ilə isə 447 min ton yük daşınıb. Şərq-Qərb istiqamətində daşınan yüklərin 7 milyon 507,2 min tonu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) payına düşüb.
Digər mühüm göstərici tranzit daşımalarının payıdır. Belə ki, dəmir yolu ilə daşınan yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,6 faizini tranzit yüklər təşkil edib. Bu rəqəmlər Azərbaycanın yalnız daxili yükdaşımalar üçün deyil, beynəlxalq ticarət əlaqələrinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıdığını göstərir.
Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın beynəlxalq logistika sistemindəki mövqeyinin əsas istiqamətlərindən biridir. Bu marşrut Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsi üçün alternativ imkanlar yaradır. Xüsusilə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, beynəlxalq ticarət yollarının şaxələndirilməsi zərurəti Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Azərbaycanın bu prosesdə iştirakı ölkəmizə tranzit gəlirləri, yeni investisiyalar və iqtisadi əməkdaşlıq imkanları qazandırır.
Şimal-Cənub nəqliyyat dəhlizi də strateji baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu marşrut Şimali Avropa və Rusiya istiqamətini İran və Hindistanla birləşdirən nəqliyyat əlaqələrinin inkişafına xidmət edir. Azərbaycan ərazisindən keçən dəmir yolu və avtomobil yolları həmin istiqamətdə yükdaşımaların təşkilində mühüm rol oynayır. Beləliklə, ölkəmiz müxtəlif coğrafi məkanlar arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir.
Nəqliyyat infrastrukturunun inkişafı təkcə yükdaşımaların həcminin artması demək deyil. Bu sahəyə yatırılan investisiyalar yeni iş yerlərinin açılmasına, logistika və anbar təsərrüfatının genişlənməsinə, xidmət sektorunun inkişafına, regionlarda iqtisadi fəallığın yüksəlməsinə də şərait yaradır. Limanların, dəmir yollarının, avtomobil magistrallarının və logistika mərkəzlərinin imkanlarının artırılması ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.
Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturunun qurulması da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yol və dəmir yolu layihələri Böyük Qayıdışın təmin olunması ilə yanaşı, bölgənin gələcək iqtisadi inkişafı üçün də yeni imkanlar yaradır. Zəngəzur istiqamətində nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı isə regionun daha geniş iqtisadi və logistika məkanına inteqrasiyası baxımından mühüm perspektivlər vəd edir.
Azərbaycanın nəqliyyat siyasətinin əsas üstünlüklərindən biri müxtəlif istiqamətləri vahid iqtisadi məntiq ətrafında birləşdirmək imkanına malik olmasıdır. Bu, ölkəmizin tranzit potensialını artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə, regional sabitliyə və qarşılıqlı iqtisadi maraqların möhkəmlənməsinə də xidmət edir.
Bütün bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi yalnız xəritədəki üstünlük deyil, düzgün infrastruktur və uzaqgörən iqtisadi siyasət nəticəsində strateji inkişaf resursuna çevrilən mühüm amildir. Bu gün ölkəmizin qarşısında duran əsas vəzifə mövcud nəqliyyat imkanlarını daha da genişləndirmək, beynəlxalq marşrutların rəqabət qabiliyyətini artırmaq və tranzit potensialını davamlı iqtisadi inkişafa yönəltməkdir.
Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyinin güclənməsi, əslində, onun iqtisadi və geosiyasi nüfuzunun da möhkəmlənməsi deməkdir. Çünki müasir dünyada yollar yalnız şəhərləri və ölkələri birləşdirmir, həm də iqtisadiyyatları, xalqları və gələcəyi bir-birinə yaxınlaşdırır.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar
Kamran Əliyev Argentina ədliyyə naziri Xuan Bautista Mahikeslə görüşüb
İsmayıllı DOST Evinin açılışından 3 il ötüb
Tolerantlıq – fərqliliklərdən doğan birlik və həmrəylik
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
Dövlət Xidməti Ucarda gənclər üçün tədbir keçirib
Vaxtından əvvəl doğulan uşaqların sağlam inkişafı üçün nələr vacibdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib tövsiyələr
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
Arzu Əliyeva “Yubiley gecəsi”ndə
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı