lider-media.az

Sənaye istehsalı haqqında

Baxış: 1155 Tarix: Сегодня, 11:51

Sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.

Emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında 18.995,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2%), toxuculuq sənayesi (+50,9%), əczaçılıq məhsullarının istehsalı (+47,4%), tütün məmulatlarının istehsalı (+15,1%), kağız və karton istehsalı (+14,6%), elektrik avadanlıqlarının istehsalı (+9,2%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6%), metallurgiya sənayesi (+6,4%), qida məhsullarının istehsalı (+5,4%), tikinti materiallarının istehsalı (+4,5%) sahələrində olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi