2024-cü ilin yanvar-noyabr aylarında sənaye istehsalı 11 faiz artıb
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,9 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 faiz, mebel istehsalı 40,5 faiz, hazır metal məmulatlarının istehsalı 35,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, geyim istehsalı 28,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 21,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7 faiz, içkilərin istehsalı 16,2 faiz, tikinti materiallarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 9,3 faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,6 faiz, kağız və karton istehsalı 7,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,0 faiz, sair sənaye məhsullarının istehsalı 1,3 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 3,7 faiz, neft məhsullarının istehsalı 5,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,4 faiz, poliqrafiya məhsullarının istehsalı 25,4 faiz, maşın və avadanlıqların istehsalı 46,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,5 faiz artmışdır.