53,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.
Sənaye məhsulunun 64,0 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,8 faiz artmışdır.
Lider-Media.az