lider-media.az

Böyük Qayıdış çərçivəsində daha 87 ailə öz doğma yurduna qovuşub

Baxış: 1493 Tarix: 21-08-2026, 15:20

Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən 36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4 ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi