lider-media.az

Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb

Baxış: 1792 Tarix: 29-04-2026, 14:24

Aprelin 29-da doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb. Bu mərhələdə Badara kəndinə köçürülən 59 nəfərdən ibarət 16 ailəyə, Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Təzəbinə kəndinə 15 nəfərdən ibarət 3 ailəyə, Xanyurdu kəndinə isə 25 nəfərdən ibarət 4 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi