lider-media.az

Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edib

Tarix: 27-01-2025, 10:46

Aqrar Subsidiya Şurası əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü ilə bağlı qərar qəbul edib

Aqrar Subsidiya Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə müvafiq olaraq əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair aşağıdakı qərarlar qəbul edilmişdir:

  • Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;
  • Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.

Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.

  • 2025-ci ildə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyən edilmişdir:

 

Bitki növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

2.1.

Çəltik:

 

 

2.1.1.

əsas əkinlər

1.9

380

2.1.2.

təkrar əkinlər

0.6

120

2.2.

Qarğıdalı:

 

 

2.2.1.

əsas əkinlər:

 

 

2.2.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.2.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.2.2.

təkrar əkinlər

0.6

120

2.3.

Darı:

 

 

2.3.1.

əsas əkinlər:

 

 

2.3.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.3.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.3.2.

təkrar əkinlər

0.6

120

2.4.

Sorqo:

 

 

2.4.1.

əsas əkinlər:

 

 

2.4.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.1

220

2.4.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.8

160

2.4.2.

təkrar əkinlər

0.6

120

2.5.

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):

 

 

2.5.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.5.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.6.

Yer fındığı:

 

 

2.6.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.4

280

2.6.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.1

220

2.7.

Zəfəran

2.2

440

2.8.

Günəbaxan:

 

 

2.8.1.

əsas əkinlər:

 

 

2.8.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.9

180

2.8.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.6

120

2.8.2.

təkrar əkinlər

0.6

120

2.9.

Kartof:

 

 

2.9.1.

əsas əkinlər:

 

 

2.9.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.8

360

2.9.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.5

300

2.9.2.

təkrar əkinlər

0.6

120

2.10.

Tərəvəz:

 

 

2.10.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.55

310

2.10.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.25

250

2.11.

Bostan bitkiləri:

 

 

2.11.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.4

280

2.11.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.1

220

2.12.

Yonca:

 

 

2.12.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.8

160

2.12.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.5

100

2.13.

Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):

 

 

2.13.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.95

190

2.13.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.65

130

2.14.

Üzüm:

 

 

2.14.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

73.5

14700

2.14.2.

2.14.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar

3.5

700

2.14.3.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1.25

250

2.15.

Meyvə:

 

 

2.15.1.

İntensiv meyvə bağları:

 

 

2.15.1.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan fındıq bağları

40.25

8050

2.15.1.2.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şaftalı (nektarin) və ərik bağları

122.5

24500

2.15.1.3.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan püstə bağları

31.5

6300

2.15.1.4.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağları

126

25200

2.15.1.5.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan alma bağları

161

32200

2.15.1.6.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan xurma (xirnik) bağları

35

7000

2.15.1.7.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan badam bağları

36.75

7350

2.15.1.8.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan qoz bağları

28

5600

2.15.1.9.

2.15.1.1-2.15.1.8-ci abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

4

800

2.15.1.10.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1.55

310

2.15.2.

Digər meyvə bağları:

 

 

2.15.2.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları

4

800

2.15.2.2.

2.15.2.1-ci abzasda müəyyən edilmiş şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları

1.55

310

2.15.2.3.

2.15.2.1-2.15.2.2-ci abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları

1.25

250

2.16.

Giləmeyvə:

 

 

2.16.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

48

9600

2.16.2.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları

16

3200

2.16.3

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş qarağat bağları

16

3200

2.16.4

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş böyürtkən bağları

16

3200

2.16.5.

2.16.1-ci yarımbənddə müəyyən edilmiş kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

3.3

660

2.16.6.

2.16.1.-2.16.5-ci yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri:

 

 

2.16.6.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr

1.55

310

2.16.6.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr

1.25

250

2.17.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər

5

1000

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:

  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda çəyirdəksiz süfrə üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə “V” və ya çardaq şəkilli dirək sistemi (şpaler) qurulmuş, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 14700 manat; 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv ərik bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 6300 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv armud bağlarının hər hektarına görə 25200 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv alma bağlarının hər hektarına görə 32200 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 7000 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 7350 manat əkin subsidiyası veriləcəkdir. 
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 5600 manat əkin subsidiyası veriləcəkdir.
  • Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 5 hektar olan və 1 hektara minimum 1000 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 8050 manat; 
  • Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur. 
  • Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasında istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən Naxçıvan Muxtar Respublikasında verilən məhsul subsidiyası siyahısı genişlənir:

  • 2025-ci ildə məhsul subsidiyası 5 bitki (tütün, şəkər çuğunduru, soya, qarğıdalı və günəbaxan) üzrə aşağıdakı əmsallara uyğun olaraq veriləcəkdir:

Bitki növləri

Məhsul əmsalı

Məhsul subsidiyası (manat/ton)

Tütün:

 

 

        Virciniya sortu, yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,18

36

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,17

34

        digərləri:

 

 

                 Quru

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,0

200

                 Yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,1

20

Şəkər çuğunduru:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,095

19

Soya:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,6

120

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Qarğıdalı

0,25

50

Günəbaxan

0,25

50

Aqrar Subsidiya Şurası tərəfindən 2025-ci ildə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.

  • Qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi rayonunda əkilən bitkilərə də veriləcək. Şuranın Qərarına müvafiq oaraq torf və perlit qarışığında dibçəklərdə əkilən Qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası verilməsi ilə yanaşı turşuluq (PH) səviyyəsi 6.5-dən artıq olmayan torpaqlarda 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 7500 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
  • Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş çay, habelə 2.16.1.1-2.16.1.13-cü yarımbəndləri ilə müəyyən edilmiş intensiv meyvə bağları üzrə əkin əmsalları 15 hektar və ya daha artıq sahədə əkildikdə bu bəndlərlə müəyyən edilmiş əkin subsidiyasının alınması üçün fermerlər tərəfindən həmin bağlarda iqlim stansiyası qurulması tələb olunur. Müvafiq şərt və Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilən əkin əmsalı üzrə üzüm bağlarının salınması şərtləri 2025-ci il 1 yanvar tarixindən sonra salınan bağlara şamil ediləcək.
  • Şuranın 2025-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2024-cü il 29 avqust tarixli Qərarının 3-cü bəndi ilə müəyyən şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi