lider-media.az

Prezident Tahir Talıblını da təltif etdi

Baxış: 61 253 Tarix: 21-07-2025, 20:36

Azərbaycan Mətbuatının 150 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla bir sıra media nümayəndələri təltif olunub. Onların arasında əməkdar jurnalist Maşayev Tahir İslam oğlu  (Tahir Talıblı) da yer alıb. O, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Qeyd edək ki, Tahir Talıblı 55 illik tarixi olan "Bulaq" verilişinin 30 ildən artıqdır ki, ssenari müəllifidir. Eyni zamanda, o, bir neçə şeir kitabının və Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” kitabının müəllifidir.

Redaksiyamız adından Tahir Talıblını təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi