lider-media.az

AZƏRTAC Şuşa Qlobal Media Forumu çərçivəsində UZA agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

Baxış: 19124 Tarix: 21-07-2025, 13:20

Üçüncü Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və UZA-nın baş redaktoru Abdijalol Taipatov imzalayıblar. Şuşada imzalanan Anlaşma Memorandumu xəbərlər, foto və videomateriallar mübadiləsini, məlumat mənbələrindən istifadəni və hər iki ölkədə baş verən hadisələrin, keçirilən tədbirlərin, habelə rəsmi şəxslərin səfərlərinin işıqlandırılmasında qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi