lider-media.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Baxış: 14128 Tarix: 21-07-2025, 15:55

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 25-də saat 09:00-da Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarının sakinləri Qəbələ DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi