lider-media.az

Xəzər dənizinin sahilboyu ərazilərində profilaktik tədbirlər aparılır

Baxış: 22351 Tarix: 21-07-2025, 13:08

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Paytaxtın Xətai, Sabunçu, Səbail rayonlarında, Sumqayıt şəhərində, eləcə də respublikanın Astara və Xaçmaz rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, tullantı sularının kənara təyinatsız axıdılması, qadağan olunmuş yerlərdə tütün çəkilməsi və meşə fonduna daxil olmayan ağac və kol əkililərinin zədələnməsi halları aşkar edilib. 

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 6, qadağan olunmuş yerlərdə tütün çəkən 1, ağac və kolları zədələyən 1 şəxs olmaqla ümumilikdə 18 nəfər barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Bir daha diqqətə çatdırırıq ki, polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi