lider-media.az

Kompleks reabilitasiya işləri artıq bir çox qazilərimizin sağlamlığının bərpasına imkan verib

Baxış: 154 Tarix: Сегодня, 13:00

Tarixi Zəfərimizlə  başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizlə bağlı ötən dövrdə aparılan kompleks reabilitasiya işləri artıq onlardan bir çoxunun sağlamlığının bərpasına imkan verib.

Postmüharibə dövrünün ilk günlərindən onlar son illər müasir tələblərə uyğun qurularaq təchiz edilmiş reabilitasiya müəssisələrində davamlı bərpa müalicəsi kurslarına cəlb olunublar.

Bu sahədə peşəkar həkim komandasının səyləri səfərbər olunub, yeni və effektiv reabilitasiya metodlarından, son texnoloji yeniliklərdən istifadə edilib.  Son vaxtlar reabilitasiya kurslarını başa vuran qazilərimizlə bağlı aparılan həkim müayinələri onlardan mühüm bir hissəsinin davamlı müalicə işləri nəticəsində artıq sağlamlıqlarına qovuşduqlarını, əlilliklərini geridə qoyduqlarını göstərir. Eyni zamanda, müharibədən sonra ötüb keçən zaman da onların yaralarının tədricən sağalmasına öz təsirini göstərib.

Vaxtilə əlillik vəziyyətində olsalar da bir çox qazilərimizin artıq yenidən əvvəlki gümrahlıqlarına, güclərinə sahib olduqlarını görmək hər birimiz üçün fərəhli mənzərədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı videoçarx da bu mövzudadır:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi