lider-media.az

Limon bir çox problemlərə yol aça bilər

Baxış: 1 190 Tarix: 16-06-2025, 11:16

C vitamini mənbəyi olan limon unikal müalicəvi xüsusiyyətləri ilə tanınır. Lakin faydalı olduğunu düşünüb gündəlik qida rasionuna əlavə etdiyimiz bu meyvə sağlamlıqla bağlı bir çox problemlərə yol aça bilər.

Mütəxəssislər limonun mədə turşusunu artırdığını, yanma və ya həzmsizlik kimi şikayətlərə səbəb olduğunu bildirirlər. Məhz bu səbəbdən mədəsində problemi olanların limondan uzaq durması tövsiyə edilir. Tez-tez istehlak edildikdə zamanla diş minasının incəlməsi ilə də nəticələnir. Ona görə də limon qəbul etdikdən sonra ağız mütləq su ilə yaxalanmalıdır. Onun tərkibində olan bəzi komponentlər xüsusilə böyrəyində daş olan insanlar üçün risk yarada bilər. Belə şəxslərə limon istehlakını məhdudlaşdırmaq məsləhət görülür. Onun həddindən artıq istehlakı böyrəklərdə kristallaşmanı sürətləndirir. Bundan əlavə, limon müəyyən dərmanlarla birgə qəbul edildikdə onların təsirini artıra və ya azalda bilər. Xüsusilə qan durulducu dərmanlardan istifadə edənlər diqqətli olmalıdırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi