lider-media.az

“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 32140 Tarix: 21-07-2025, 14:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 163-VIIQD nömrəli Qanunu) 18.5-ci maddəsinə “strukturlarında” sözündən sonra “, məktəbdənkənar təhsil müəssisələrində” sözləri əlavə edilsin.

Maddə 2. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012 (Cild I); 2025, № 1, maddə 18) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.5-ci maddənin birinci cümləsinə ikinci halda “müəssisələrində,” sözündən sonra “məktəbdənkənar təhsil müəssisələrində,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 11.4.5-1-ci maddə əlavə edilsin:

“11.4.5-1. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi