lider-media.az

Pentaqon: NATO Rusiya ilə münaqişəyə can atmır

Baxış: 223 Tarix: 25-01-2024, 07:11

Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu sübut etməyə çalışır, amma onunla silahlı münaqişəyə can atmır.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander çıxış edib.

NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getmədən Qara dənizdə təhlükəsizliyi necə yaxşılaşdırmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran S.Uollander deyib ki, alyans buna Madrid və Vilnüs sammitlərindən sonra liderlərin qərar və göstərişlərinə əməl etməklə nail olmaq niyyətindədir. NATO ölkələri Vilnüsdə alyansın şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.

"Söhbət müdafiə imkanlarından gedir. Onlar NATO-nun özünü müdafiə edə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Məqsəd çəkindirməkdir, Rusiya ilə müharibəyə təhrik etmək deyil", - deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi