lider-media.az

Bakıda keçirilmiş Dünya Kubokundan maraqlı görüntülər

Baxış: 405 Tarix: 26-02-2024, 13:47

Bakı növbəti dəfə batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna ev sahibliyi etdi.

Sayca 7-ci olan yarışda batut üzrə 32, tamblinq üzrə 6 ölkənin ümumilikdə 300-dək idmançısı medallar uğrunda mübarizə apardı.

Azərbaycan millisinin heyətində Mixail Malkin qızıl, Adil Hacızadə isə gümüş medal qazandı. Hər iki idmançı tamblinq üzrə çıxışlarda fəxri kürsüyə qalxdılar.

Qadınların tamblinq yarışında fransalı Kendi Braye-Vestilla qızıl mükafata yiyələndi. Yunanıstanlı Aleksandra Efraimoqlu ikinci, Fransanın digər təmsilçisi Mari Deloj üçüncü yeri tutdu.

Batut gimnastikasında isə Çin idmançıları fərqləndilər. Qadınların mübarizəsində Ksyuinq Ju bütün rəqiblərini qabaqladı. Neytral statusda çıxış edən gimnastlar Anjela Bladseva və Yana Lebedeva, müvafiq olaraq, gümüş və bürünc medalın sahibi oldular.

Kişilərin mübarizəsində çinli Zisai Vanq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Onun həmyerlisi Lyanqyu Lyanya ikinci, rusiyalı İvan Litvinoviç üçüncü oldu.

Çin təmsilçiləri batut üzərində sinxron tullanma proqramında da yüksək nəticələr göstərdilər. Veydzyan Fu və Tze Çjou qızıl medal qazandı. İkinci yerdə Qazaxıstandan olan gimnastlar Pirməmməd Əliyev və Danil Musabayev qərarlaşdılar. Bürünc mükafata isə ABŞ-ı təmsil edən Rayan Makkaqnan və İsaak Ruli layiq görüldülər.

Sonda yarışda qalib və mükafatçılarla yanaşı, həm kişilər, həm də qadınlar arasında fərdi proqramda ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif edildilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi