lider-media.az

Mariya Zaxarova: Fransanın Afrika siyasətini tənqid edən jurnalist vətəndaşlıqdan məhrum edilib

Tarix: 16-07-2024, 12:08

Mariya Zaxarova: Fransanın Afrika siyasətini tənqid edən jurnalist vətəndaşlıqdan məhrum edilib

Hətta Makronun tərəfdarları da Yelisey sarayının Afrika ilə bağlı xarici siyasətini yaltaq epitetlərə layiq kurs adlandıra bilmirlər.

Lider-media.az  TASS agentliyinə istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında paylaşıb.

Fransa Kemi Seba təxəllüsü ilə tanınan publisist Stellio Jill Rober Kapo Kiçini ölkənin Afrikadakı siyasətini tənqid etdiyinə görə vətəndaşlıdan məhrum edib.

“Paris hansı günahlarına görə məşhur ictimai xadimi vətəndaşlıqdan məhrum etdi? İstər inanın, istərsə inanmayın, Fransanın Afrikadakı siyasətini tənqid etdiyinə görə. Baxmayaraq ki, hətta Makronun tərəfdarları da Yelisey sarayının Afrika ilə bağlı xarici siyasətini yaltaq epitetlərə layiq kurs adlandıra bilmirlər”, - deyə Zaxarova yazıb.

O, həmçinin qeyd edib ki, Fransanın “Le Figaro” nəşri publisisti xarici agent adlandırıb.

“Nə demokratiya və söz azadlığı ilə bağlı ənənəvi fransız təsəvvürləri, nə də tolerantlıq və insan hüquqlarına hörmət edilməsi üzrə müasir şərhlər Parisi Kemi Sebanın “Neqrofob neokolonializm” adlandırdığı sindromdan xilas edə bilməyib”, -deyə diplomat əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi