lider-media.az

Parisdə tələbələr yataqxanalardan çıxarılır

Baxış: 175 Tarix: 7-04-2024, 09:19

Parisdə tələbələr yataqxanalardan çıxarılır

Parisdə tələbələr yataqxanaları boşaltmaq tələbinə qarşı etiraz aksiyası keçiriblər.

Lider-Media.az “Figaro”ya istinadla xəbər verir ki, tələbələrdən yaxın 3 ay ərzində yataqxanalardan çıxmaq tələb edilir. Narazı tələbələr İdman Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar yataqxananı boşaltmaq müqabilində veriləcək 100 avro və bir pulsuz biletin heç bir problemi həll etmədiyini bildiriblər.

Tələbələrin yerləşdirilməsi ilə məşğul olan CROUS təşkilatının 12 yataqxanasının Paris 2024 Olimpiya Oyunları müddətində boşaldılması tələb edilib. Təşkilat komitəsi boşaldılan yataqxanalarda müvəqqəti olaraq yanğınsöndürən, polis və tibb personalını yerləşdirmək istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi