lider-media.az

Prezident seçkilərini rekord sayda QHT təmsilçisi müşahidə edəcək

Baxış: 240 Tarix: 26-01-2024, 10:14


Fevralın 7-də keçiriləcək prezident seçkilərinin şəffaflığının təmin edilməsində qeyri-hökumət təşkilatları (QHT) yaxından iştirak edir, onların seçki müşahidəçisi kimi müraciətlərində yüksək fəallıq qeydə alınıb.

AZƏRTAC “Secki-2024.az” saytına istinadla xəbər verir ki, artıq ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfərə prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

Müqayisə üçün bildirək ki, seçki günü respublikanın bütün ərazisində müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da rekord göstərici qeydə alınıb. Belə ki, hazırkı prezident seçkilərinin birbaşa izlənilməsinə qatılan bu kateqoriyadan olan müşahidəçilər ümumilikdə 78 qeyri-hökumət təşkilatını əhatə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi