Yer təkindən istifadə üzrə növbəti hərrac keçiriləcək

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yer təkindən istifadə üzrə növbəti hərrac elan edir.19 fevral 2025-ci il tarixində saat 11:00-da, Bakı şəhəri Əmlak Xidmətləri Məkanında bu ilin ilk hərracı keçiriləcək. Xocalı rayonunun inzibati ərazisində yerləşən “Xocalı” gil yatağı auksion formasında hərraca çıxarılacaq. Bu hərracla yatağın 1 LOT üzrə 6 ha sahəsində 5 il müddətində istismara icazə veriləcək.Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31A) müraciət edə bilərlər.Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.Elanın digər məlumatları ilə buradan tanış ola bilərsiniz.