
Lider-Media.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi “www.auksion.gov.az”-ın yenilənmiş versiyası oktyabrın 30-da ictimaiyyətə təqdim edilib. Beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış sayt şəffaflığın artırılmasına, əlçatanlığın təmin edilməsinə, rəqamsallaşmanın əhatə dairəsinin genişlənməsinə, rəqabətliliyin, istifadəçi məmnuniyyətinin artmasına töhfə vərəcək.
Media nümayəndələrinin iştirak etdiyi tədbirdə portalın istifadə qaydaları, üstünlükləri, o cümlədən saytda aparılan təkmilləşdirmə işləri barədə məlumat verilib.İlk dəfə olaraq saytın istifadəçiləri “Digital login” (“Sima Rəqəmsal İmza”, “Asan İmza”, “SİMA Token (Elektron imza), “İdentifikasiya nömrəsi”, “BSXM elektron imza”) vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər. Sifarişçilər (alıcılar) hesaba daxil olduqdan sonra prosesdə iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər.
Başqa bir yeniliyə əsasən, sifarişçilər şəxsi kabinetləri vasitəsilə lazım olan prosedurları yerinə yetirmək, etibarnamə vermək, lotlara baxmaq, hərracda onlayn iştirak etmək, sifarişlərin gedişatını izləmək, iştirak növünü (online/offline) seçmək, qalib müəyyən olunmuş lot üzrə məlumatlarla tanış olmaq və digər xidmətlərdən yararlanacaqlar.
Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov hərracların təşkili sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq, müasir yanaşmaların tətbiqinin əhəmiyyətinə toxunub, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb. Sonra “www.auksion.gov.az” saytının istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, yenilənmiş sayt dizayn, məzmun, funksionallıq cəhətdən əvvəlki versiyadan bir sıra üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığını, məxfilik və təhlükəsizliyi təmin etmək üçün müasir texnologiyalardan istifadə olunub.Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən foto, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilir.Bununla yanaşı, sayt vasitəsilə hərraclarda iştirak üçün müraciətlər onlayn qaydada edilir, beh ödənişləri elektron yolla həyata keçirilir, həmçinin, hərracın sonunda satılmayan və satılan əmlaklarla əlaqədar məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər. Həmçinin, fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmək tələb olunur.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb