lider-media.az

Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə sərhəd bölgələrə səfər edib

Baxış: 326 Tarix: 18-03-2024, 15:19

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşüb.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı Tavuş vilayətinə gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini bildirmişdi.

O, həmçinin deyib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi