lider-media.az

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi: Qlobal Bakı Forumunda dünya gündəmindəki mühüm məsələlər müzakirə edilir

Baxış: 296 Tarix: 16-03-2024, 16:53

Qlobal Bakı Forumunda dünya gündəmində duran mühüm məsələlər müzakirə edilir. Müzakirələrdə səhiyyə, maliyyə və iqlim dəyişikliyi məsələlərinə toxunulur. Biz burada COVID-19 pandemiyasına və digər xəstəliklərə, eləcə də iqlim dəyişikliklərinə necə qalib gəlməyin yollarını müzakirə etdik.

Bu sözlərimüsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini, XI Qlobal Bakı Forumunun iştirakçısı Najat Moxtar deyib.

N.Moxtar Qlobal Bakı Forumunun mühüm platformaya çevrildiyini və bir sıra yüksəkvəzifəli şəxsləri bir araya gətirərək fikir mübadiləsi aparmalarına imkan yaratdığını vurğulayıb.

“Azərbaycan COP29-a ev sahibliyi edəcək və konfransda iqlim dəyişiklikləri ilə bağlı mühüm məsələlər müzakirə olunacaq. Zənnimcə, iqlim dəyişikliyi hələ uzun müddət bizim gündəmimizdə qalacaq. Bu dəyişikliklərə uyğunlaşmaq üçün yüksək texnologiyalardan istifadə olunmalıdır. Yüksək texnologiyalar bizə su ehtiyatlarımızdan səmərəli istifadə etməkdə, eləcə də quraqlığa qarşı mübarizə aparmaqda kömək olacaq”, - deyə qonaq diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi