lider-media.az

İvo Yosipoviç: Ümid edirəm ki, COP29 Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək

Baxış: 655 Tarix: 16-03-2024, 13:29

COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bunuaçıqlamasında Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç söyləyib.

Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu diqqətə çatdıran İ.Yosipoviç qeyd edib: “Bu Forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Tədbirin yüksək səviyyədə keçirilməsinə dair Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un bu günədək təşkil olunmuş konfranslardan daha uğurlu olacağını vurğulayan sabiq Prezident bildirib: “Konfransın Azərbaycanın beynəlxalq müstəvidə rolunun tanınması istiqamətində oynadığı rol əvəzsizdir. Ümid edirəm ki, COP29 Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi