lider-media.az

Yunan professor: Bakıda keçiriləcək COP29 əvvəlkilərdən daha uğurlu olacaq

Baxış: 256 Tarix: 14-03-2024, 16:21

XI Qlobal Bakı Forumunun işini və burada səsləndirilən mövzuları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, növbəti müzakirələr də çox yüksək səviyyədə keçəcək. Çünki Forum qlobal gündəlikdə olan bir sıra məsələləri özündə birləşdirir.

Bu sözləriaçıqlamasında Yunanıstanın Aristotel universitetinin professoru, XI Qlobal Bakı Forumunun iştirakçısı Nikolas Musyopulos deyib.

Forumda müzakirə ediləcək mövzuların sırasına qlobal iqlim dəyişikliyi ilə bağlı məsələnin də daxil edildiyini vurğulayan professor bildirib: “Hesab edirəm ki, başqa ölkələr də Azərbaycana baxıb bu mövzuda tədbirlər keçirməlidir. Bu Forumda iştirak etməkdən çox məmnunam. Azərbaycanın niyyətini görərək düşünürəm ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransı bu günədək keçirilmiş konfranslardan daha uğurlu olacaq. Azərbaycanda təşkil olunacaq COP29-a uğurlar arzu edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi