lider-media.az

İtaliya mətbuatı Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən iclaslardan yazıb

Baxış: 92 Tarix: 3-03-2024, 12:38

İtaliyanın media orqanları Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarını diqqət mərkəzində saxlayıb.

AZƏRTAC xəbər verir ki, “Energia Italia”, “Agenzia Nova”, “il Secolo XIX”, “Borsa Italiana”, “Green Economy Agency” kimi portallarda yayımlanan materiallarda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin iclaslarda iştirak etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü bildirilir.

Eyni zamanda, Cənub Qaz Dəhlizi və TAP boru kəmərinin Avropa və İtaliya üçün əhəmiyyəti vurğulanır. Bildirilir ki, İtaliya 2020-ci ilin sonunda istismara veriləndən indiyədək TAP boru kəməri ilə 26 milyard kubmetr qaz idxal edib. 2026-cı ildən TAP-ın ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artacağı qeyd olunub.

Diqqətə çatdırılır ki, Bakı ilin sonunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcək. İtaliyalı nazir Azərbaycanı aprelin 28-dən 30-dək ölkəsində keçiriləcək G7 ölkələrinin enerji, iqlim və ətraf mühit nazirlərinin toplantısında iştiraka dəvət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi