lider-media.az

TBMM-in sədri: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi həm Azərbaycana, həm də Türk dünyasına böyük vədlər verir

Baxış: 175 Tarix: 22-02-2024, 15:19




Türkiyə uzun illər Asiya Parlament Assambleyasına (APA) sədrlik edib. Hazırda sədrlik Azərbaycana keçib, bu münasibətlə təbriklərimi çatdırıram. Azərbaycan Milli Məclisi APA-ya sədrliyi layiqincə həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.

Prezident İlham Əliyevin Türkiyə səfərinə və ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Numan Kurtulmuş qeyd edib: “İki qardaş ölkə arasında münasibətlər mükəmməl şəkildədir, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Münasibətlərin inkişafı nəticəsində hər iki ölkədə rifah daha da yaxşılaşacaq. Fürsətdən istifadə edərək TBMM-in adından Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ Zəfərindən sonra bu qələbə də həm Azərbaycan xalqına, həm də Türk dünyasına böyük vədlər verir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi