lider-media.az

Müdafiə nazirinin müavini: Polşa hibrid müharibə vəziyyətindədir

Baxış: 351 Tarix: 27-08-2024, 08:01

Müdafiə nazirinin müavini: Polşa hibrid müharibə vəziyyətindədir

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik ölkənin hibrid müharibə vəziyyətində olduğunu bildirib.

Lider-media.az xəbər verir ki, bu barədə Polşa xəbər agentliyi məlumat yayıb.

“Bu gün Polşada qarşılaşdığımız faktiki hibrid müharibədir. Biz birbaşa deyə bilərik ki, Polşa bu gün müharibə, lakin hibrid müharibə vəziyyətindədir”, - deyə nazir müavini bildirib.

O, bunun təsdiqi kimi Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya hava şarlarını göstərib.

“Əsasən bir neçə yüz dollarlıq şarlar çox sadə şəkildə bizim hamımıza təsir edə bilər. Onların işə salınması müzakirələrə və cəmiyyətdə parçalanmaya, vətəndaşların dövlətə inamsızlığına səbəb ola bilər”, - deyə S.Tomçik vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi