lider-media.az

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib

Baxış: 332 Tarix: 10-02-2024, 10:17

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Denis Beçiroviç dövlətimizin başçısına göndərdiyi təbrik məktubunda ölkələrimiz arasında münasibətlərin uzun illərdir səmimilik və dostluq xarakteri daşıyan yaxşı əməkdaşlıqla yadda qaldığını vurğulayıb. O, əmin olduğunu qeyd edib ki, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli münasibətlər bundan sonra da dostluq ruhunda inkişaf edəcək.

Rəyasət Heyətinin üzvü ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanılmasına və genişləndirilməsinə sadiqliyini ifadə edərək Prezident İlham Əliyev ilə yeni görüşləri və əməkdaşlığımızın davamını səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi