lider-media.az

Arçil Talakvadze: Bu seçkilər təkcə demokratiya üçün deyil, eyni zamanda, davamlı sülh üçündür

Baxış: 350 Tarix: 7-02-2024, 17:16

Biz Milli Məclisin dəvəti ilə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək, demokratiyanı dəstəkləmək üçün buradayıq.

Bunu AZƏRTAC-a açıqlamasında Gürcüstan parlamenti sədrinin müavini, beynəlxalq müşahidəçi Arçil Talakvadze deyib.

O qeyd edib ki, müşahidə apardığı 20-dən çox seçki məntəqəsinin hər birində seçki prosesi sakit mühitdə keçib, qaydalar və prosedurlar pozulmayıb.

“Burada fəallıq çox yüksəkdir. Səsvermə prosesində insanların azad mühitdə öz prezidentinə necə səs verdiyini müşahidə edirik. Hər kəs başa düşür ki, bu seçkinin Azərbaycan xalqı üçün çox mühüm rolu və tarixi əhəmiyyəti var. Çünki Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan sonra vətəndaşlar prezident seçirlər. Bu seçki yalnız demokratiya üçün deyil, eyni zamanda, davamlı sülh üçündür. Gürcüstan Azərbaycanı davamlı sülh, tərəqqi və inkişaf yolunda dəstəkləyir. Səsvermə prosesi başa çatdıqdan sonra media üçün mətbuat konfransı keçirəcəyik və yekun qiymətləndirmələrimizi edəcəyik”, - deyə A.Talakvadze vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi