lider-media.az

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Baxış: 267 Tarix: 17-06-2024, 16:49

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi