lider-media.az

Avropa İttifaqı Türkiyə ilə daha sıx əlaqələr qurmaq istəyir

Baxış: 171 Tarix: 5-02-2024, 04:10


Avropa İttifaqı Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi və qısa müddətdə fikir ayrılıqlarını aradan qaldırmağı hədəflədiyini açıqlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə qeyri-rəsmi toplantıda bir araya gəliblər.

Gündəlikdə duran məsələlərdən birinin Türkiyə ilə münasibətlərin olduğu görüşün sonunda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel və Belçikanın xarici işlər naziri Hadija Labib mətbuata birgə açıqlamalar veriblər.

“Bütün üzv dövlətlər Türkiyə ilə daha yaxın əlaqələr qurmaq mövzusunda həmfikirdirlər, - deyə Cozef Borel bildirib.

Avropa İttifaqının ali nümayəndəsi deyib ki, münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq: “Türkiyə ilə daha geniş əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi