lider-media.az

Latviya Parlamentinin sədri Füzuliyə gəlib

Baxış: 814 Tarix: 19-05-2024, 14:06


Latviya Respublikası Parlamentinin sədri xanım Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.

Lider-media.az xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi