lider-media.az

MSK sədri: İndiyədək seçki prosesi ilə bağlı heç bir şikayət daxil olmayıb

Baxış: 70 Tarix: 1-02-2024, 17:26


İndiyədək seçki prosesi ilə bağlı heç bir şikayət daxil olmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın fevralın 1-də keçirilən iclasında deyib.

Müəyyən iradlarla bağlı danışan Məzahir Pənahov bildirib ki, cəmiyyət, vətəndaşlar bu prosesdə çox həssas olmalıdırlar.

“Əsas məsələ veb-kameraların quraşdırılmasıdır. Min məntəqədə veb-kameraların quraşdırılması asan məsələ deyil. Biz şəffaflıq istəyirik. Bəzi qüvvələrin mənfi rəylər səsləndirməsi düzgün deyil.

Seçkilərin şəffaf keçirilməsi üçün siyasi iradənin mühüm əhəmiyyəti vardır”, - deyə MSK sədri vurğulayıb.

İnformasiya təhlükəsizliyi istiqamətində işlərin davam etdirildiyini deyən Məzahir Pənahov bu işdə MSK-ya dəstək olan əlaqədar qurumlara minnətdarlığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi