lider-media.az

Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib

Baxış: 21205 Tarix: 31-10-2025, 15:37

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.
Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklər düzüblər.

Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını da ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşü baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi