lider-media.az

Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Baxış: 32826 Tarix: 30-10-2025, 14:33

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər müşayiət ediblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi